Smart Analytics Global analitik agentliyi 2026-cı ilin ilk ayları üzrə qlobal TWS (tam naqilsiz) qulaqlıq bazarına dair yeni hesabat yayımlayıb. Araşdırma göstərir ki, bazarın lideri dəyişməz olaraq qalır və bəzi modellər satışlarda rəqiblərini ciddi fərqlə geridə qoyur. Məlumata görə, 2026-cı ilin iyun ayının əvvəlinə olan nəticələrə əsasən, bazarın lideri Apple olub. Şirkət qlobal TWS qulaqlıq satışlarının
23%-ni nəzarətində saxlayır. Apple-a məxsus Beats brendi də güclü nəticə göstərərək 8%-lik bazar payı ilə reytinqdə üçüncü pillədə qərarlaşıb. İkinci yerdə isə 11%-lik göstərici ilə Xiaomi qərarlaşıb. Analitiklərin məlumatına əsasən, Apple-ın qulaqlıq satışlarının 44%-i məhz AirPods Pro 3 və AirPods Pro 2 modellərinin payına düşür. Bu cihazlar şirkətin premium seqmentdə üstünlüyünü qorumasında əsas rol oynayır. Hesabata görə, 2026-cı
ilin yanvar-mart ayları ərzində Apple (Beats brendi nəzərə alınmadan belə) TWS bazarında əldə olunan qlobal gəlirin təxminən yarısını formalaşdırıb. Ümumilikdə naqilsiz qulaqlıq bazarı artım trendini qoruyur. 2026-cı ilin birinci rübündə satışlar ötən ilin eyni dövrü ilə
müqayisədə 4% artıb. Ekspertlər ilin sonuna qədər dünya üzrə TWS qulaqlıq tədarükünün əlavə 10 milyon ədəd artacağını proqnozlaşdırırlar. Proqnozlara əsasən: 2026-cı ildə bazar sabit böyüməsini davam etdirəcək; 2027-ci ildə satışlar daha 2% artacaq; Ümumi tədarük həcmi
350 milyon ədədə çata bilər. Analitiklər hesab edirlər ki, süni intellekt funksiyalarının qulaqlıqlara inteqrasiyası, aktiv səsboğma texnologiyalarının təkmilləşdirilməsi və istifadəçilərin naqilsiz həllərə artan marağı bazarın yaxın illərdə də böyüməsini təmin edəcək. The post 2026-cı ilin ən populyar TWS qulaqlıqları və bazar liderləri açıqlandı appeared first on InfoCity.
Сообщает infocity.tech
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ Новости Недели
- Полное и подробное руководство по выбору смартфонов и мобильных телефонов: как разобраться в характеристиках, технологиях и функциях, чтобы найти идеальное устройство для работы, общения и развлечений...
- Как выбрать идеальный мобильный телефон в современном мире: подробное руководство по характеристикам, технологиям, функциям и грамотному подбору смартфона под любые задачи и стиль жизни...
- Искусство выбора зеркал для современного интерьера: как создать стильное пространство, визуально расширить помещение и подчеркнуть индивидуальность дизайна с помощью отражающих поверхностей...
- Полное руководство по выбору пленки для сада: современные материалы, защита растений, создание идеального микроклимата и повышение урожайности на вашем участке...
- Современный подход к выводу из запоя на дому: этапы медицинской помощи, особенности лечения в домашних условиях и комплексное восстановление физического и психологического состояния...
- Полное руководство по вызову нарколога на дом: как проходит медицинская помощь, детоксикация организма, стабилизация состояния и дальнейшее восстановление при зависимости...
- Как проходит профессиональный вывод из запоя на дому: безопасная медицинская помощь, детоксикация организма, психологическая поддержка и дальнейшее восстановление пациента...
- Комплексный медицинский подход к выводу из запоя в стационаре: этапы лечения, восстановление организма, психологическая поддержка и долгосрочная реабилитация...
- Полное руководство по сдаче тестов в университете имени С.Ю. Витте: как устроена система контроля знаний, особенности онлайн-экзаменов, подготовка студентов и современные образовательные технологии...
- Почему слухи про слив базы Семяныч неактуальны...
01:00, 21 Апр Huawei içində qulaqlıqları olan WATCH Buds 2 ağıllı saatını təqdim etdi Huawei ən qeyri-adi konseptlərindən birini yenidən gündəmə gətirdi. Şirkət daxili qulaqlıqlarla təchiz olunmuş yeni ağıllı saatını — Huawei WATCH Bud...