AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb

Опубликовано: 19:00, 31.07.2026

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 2026-cı ilin ilk 6 ayında rəqəmsal xidmətlərlə bağlı əldə edilmiş nəticələri açıqlayıb. İlk yarımilliyin yekunlarına əsasən, şirkətin bulud xidmətlərindən istifadə edən qurumların sayı 247-yə çatıb. Bunlardan 140-ı özəl sektor nümayəndələridir. Eyni zamanda, dövlət qurumlarının informasiya sistemlərinin vahid və təhlükəsiz infrastrukturda yerləşdirilməsini nəzərdə tutan «Hökumət buludu»


layihəsinə miqrasiya edən qurumların sayı 147 olub. Şirkətin digər əsas məhsulu — SİMA yeni nəsil rəqəmsal imzanın da istifadəsi ilə bağlı müsbət dinamika müşahidə olunub. “SİMA İmza” mobil tətbiqin ümumi endirilmə sayı 7 milyona çatıb. Tətbiqdə qeydiyyatdan keçən istifadəçilərin sayı 4,5 milyon təşkil edib. SİMA həllərindən istifadə edən tərəfdaş qurumların sayı isə 139-a yüksəlib. Hesabat dövründə ötən il istifadəyə verilmiş Superkompüter Mərkəzi süni intellekt və yüksək hesablama


gücü tələb edən layihələr üçün töhfə verməyə davam edib. Hazırda Mərkəzin imkanlarından 6 müxtəlif qurum istifadə edir. AzInTelecom-a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi tərəfindən Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirləri davam etdirilib. Görülən tədbirlər çərçivəsində “klon” statusu verilmiş IMEI kodların sayı 73 056-a çatıb. “AzInTelecom” MMC


bundan sonra da ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, müasir texnoloji həllərin əlçatanlığının genişləndirilməsi və təhlükəsiz rəqəmsal ekosistemin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək. The post AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb appeared first on InfoCity.


AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 

Топ Новости Недели Топ Новости Недели

 

2026-cı ilin ən populyar TWS qulaqlıqları və bazar liderləri açıqlandı 10:00, 13 Июн 2026-cı ilin ən populyar TWS qulaqlıqları və bazar liderləri açıqlandı Smart Analytics Global analitik agentliyi 2026-cı ilin ilk ayları üzrə qlobal TWS (tam naqilsiz) qulaqlıq bazarına dair yeni hesabat yayımlayıb. Araş...

AzInTelecom подвёл итоги деятельности за первое полугодие 2026 года 19:00, 31 Июл AzInTelecom подвёл итоги деятельности за первое полугодие 2026 года ООО «AzInTelecom», входящее в состав AZCON Holding, объявило результаты, достигнутые в сфере цифровых услуг за первые шесть месяцев 2026 года. По ито...