“Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib

Опубликовано: 09:00, 15.05.2026

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin(4SİM) təşkilatçılığı və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tərəfdaşlığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri


keçirilib. Tədbirdə süni intellekt (Sİ), Əşyaların İnterneti (IoT) və digər innovativ texnologiyaların şəhər inkişafında rolu, ağıllı şəhər həlləri, dayanıqlı urbanizasiya və rəqəmsal transformasiya istiqamətində mövcud çağırış və imkanlar müzakirə edilib. Sessiyada dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, özəl sektor təmsilçiləri, akademik dairələr və inşaat və


memarlıq sahəsini təmsil edən startapçılar bir araya gəliblər. 4SİM-in icraçı direktoru Fariz Cəfərov bildirib ki, ağıllı şəhər konsepsiyası artıq yalnız texnoloji yanaşma deyil, həm də dayanıqlı inkişaf, vətəndaş rifahı və iqtisadi səmərəlilik üçün strateji


prioritetdir. O vurğulayıb ki, WUF13 kimi qlobal platformalar çərçivəsində keçirilən bu cür müzakirələr Azərbaycanın rəqəmsal transformasiya gündəliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Sessiya çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu və Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən spikerlər tarixi şəhər mühitində rəqəmsal texnologiyaların tətbiqi, şəhər planlaşdırılmasında süni


intellektin rolu, innovativ idarəetmə modelləri barədə təqdimatla çıxış ediblər. Həmçinin, “Honeywell”, “Digital Residence” və “Sea Breeze” şirkətlərinin nümayəndələri ağıllı infrastruktur sistemləri, enerji səmərəliliyi, təbiət əsaslı həllər və müasir şəhərsalma layihələrində qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüblər. Tədbir çərçivəsində inşaat sahəsində fəaliyyət göstərən yerli startapların da təqdimatları baş tutub. Qeyd


edək ki, tədbir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm və sənaye klasteri 4.0” formalaşdırılması təşəbbüsünə xidmət edir. The post “Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib appeared first on InfoCity.


“Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 

Топ Новости Недели Топ Новости Недели

 

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası DİF-in Strateji İntellekt platformasına inteqrasiya olunub 10:00, 29 Апр Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası DİF-in “Strateji İntellekt” platformasına inteqrasiya olunub “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” Dünya İqtisadi Forumunun (DİF) “Strateji İnte...

Huawei içində qulaqlıqları olan WATCH Buds 2 ağıllı saatını təqdim etdi 01:00, 21 Апр Huawei içində qulaqlıqları olan WATCH Buds 2 ağıllı saatını təqdim etdi Huawei ən qeyri-adi konseptlərindən birini yenidən gündəmə gətirdi. Şirkət daxili qulaqlıqlarla təchiz olunmuş yeni ağıllı saatını — Huawei WATCH Bud...