“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” Dünya İqtisadi Forumunun (DİF) “Strateji İntellekt” (Strategic Intelligence) platformasına inteqrasiya olunub. Bu addım Azərbaycanın rəqəmsal transformasiya
gündəliyinin qlobal səviyyədə tanıdılması və beynəlxalq bilik mübadiləsi ekosistemində aktiv iştirakının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Strategiyanın beynəlxalq platformada yerləşdirilməsi bir neçə istiqamətdə əlavə dəyər yaradır. İlk növbədə, Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində prioritetləri və təşəbbüsləri qlobal ekspert icması üçün daha əlçatan olur. Bu
isə beynəlxalq əməkdaşlıqların genişlənməsinə, xarici investisiyaların cəlbinə və qabaqcıl təcrübələrin ölkəyə transferinə şərait yaradır. Eyni zamanda, platforma vasitəsilə strategiyanın icrası üzrə yanaşmaların digər ölkələrin təcrübələri ilə müqayisəsi mümkün olur, bu da siyasətlərin daha çevik və effektiv şəkildə
təkmilləşdirilməsinə imkan verir. Bu kontekstdə Azərbaycan rəqəmsal iqtisadiyyat sahəsində regional mərkəzə çevrilmək hədəfinə daha da yaxınlaşır. Harvard, Yel, Oksford universitetləri və KAIST institutu kimi tərəfdaşların kontent dəstəyi ilə yaradılan “Strateji İntellekt” platforması qlobal çağırışlar, strateji təşəbbüslər üzrə biliklərin sistemləşdirildiyi süni intellekt əsaslı rəqəmsal analitik
mühitdir. Platforma 250-dən çox mövzu üzrə əsas tendensiyaları və əlaqələri anlamağa imkan yaradır. “Strateji İntellekt” müxtəlif ölkələrin strategiyalarını, tədqiqatları və qabaqcıl təcrübələri bir araya gətirərək qərarvericilər, ekspertlər və təşkilatlar üçün vahid bilik bazası rolunu oynayır. Bu platforma vasitəsilə
istifadəçilər konkret sahələr üzrə qlobal tendensiyaları izləyə, siyasətlərin təsirini analiz edə və müxtəlif ölkələrin yanaşmalarını müqayisə edə bilirlər. Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi və
iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını əsas hədəf kimi müəyyən edir. Strategiya həmçinin rəqəmsal infrastrukturun inkişafı, innovasiya və startap ekosisteminin gücləndirilməsi, data əsaslı qərarvermənin tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiya və rəqəmsal bacarıqların artırılması kimi 50 təşəbbüsü özündə ehtiva edir. Sənəd süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və digər 4-cü
sənaye inqilabı texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində geniş tətbiqini nəzərdə tutur. Strategiyanın icrası nəticəsində rəqəmsal sektorun ÜDM-də payının artırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir. The post Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası DİF-in “Strateji İntellekt” platformasına inteqrasiya olunub appeared first on InfoCity.
Сообщает infocity.tech
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ Новости Недели
- Современный подход к выводу из запоя на дому: этапы медицинской помощи, особенности лечения в домашних условиях и комплексное восстановление физического и психологического состояния...
- Полное руководство по вызову нарколога на дом: как проходит медицинская помощь, детоксикация организма, стабилизация состояния и дальнейшее восстановление при зависимости...
- Как проходит профессиональный вывод из запоя на дому: безопасная медицинская помощь, детоксикация организма, психологическая поддержка и дальнейшее восстановление пациента...
- Комплексный медицинский подход к выводу из запоя в стационаре: этапы лечения, восстановление организма, психологическая поддержка и долгосрочная реабилитация...
- Полное руководство по сдаче тестов в университете имени С.Ю. Витте: как устроена система контроля знаний, особенности онлайн-экзаменов, подготовка студентов и современные образовательные технологии...
- Почему слухи про слив базы Семяныч неактуальны...
- Полное и подробное руководство по выбору смартфонов и мобильных телефонов: как разобраться в характеристиках, технологиях и функциях, чтобы найти идеальное устройство для работы, общения и развлечений...
- Полное руководство по выбору пленки для сада: современные материалы, защита растений, создание идеального микроклимата и повышение урожайности на вашем участке...
- Как выбрать идеальный мобильный телефон в современном мире: подробное руководство по характеристикам, технологиям, функциям и грамотному подбору смартфона под любые задачи и стиль жизни...
- Искусство выбора зеркал для современного интерьера: как создать стильное пространство, визуально расширить помещение и подчеркнуть индивидуальность дизайна с помощью отражающих поверхностей...
09:00, 15 Май “Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin(4SİM) təşkilatçılığı və Azərbaycan Memarlıq və İ...