Tim Kuk 15 ildən sonra Apple şirkətinin baş direktoru vəzifəsini tərk edir. Şirkət artıq onun varisini də rəsmi şəkildə açıqlayıb — bu posta brendin aparıcı mühəndislərindən biri gətirilir. Kuk 2011-ci ildə Stiv Jobsu əvəz edərək Apple-ın rəhbəri olmuşdu. IDC analitiklərinin fikrincə, o, “texnologiya
tarixinin ən uğurlu rəhbərlərindən biri” sayılır. 15 il ərzində şirkətin sükanı arxasında olan Kuk şirkəti tamamilə yeni miqyaslara çıxardı. Rəqəmlər isə bu uğurun ən yaxşı sübutudur: Şirkətin bazar dəyəri 1000%-dən çox artaraq təxminən 390 milyard dollardan 4 trilyon dollara yüksəldi İllik gəlir 2011-ci ildəki 108 milyard dollardan 2025-ci ildə 416 milyard dollardan çox səviyyəyə çatdı Kuk dövründə Apple
Watch, AirPods və yeni MacBook Neo kimi cihazlar bazara çıxdı Apple kompüterləri Apple Silicon platformasına keçərək performansda ciddi sıçrayış etdi Bundan əlavə, şirkətin xidmətlər ekosistemi — iCloud, Apple Pay, Apple Music və Apple TV+ — artıq 100 milyard dollardan çox dəyəri olan ayrıca nəhəng biznesə çevrilib. Apple-ın yeni CEO-su John Ternus olacaq. 51 yaşlı mühəndis Pensilvaniya Universitetində maşınqayırma
ixtisası üzrə təhsil alıb və artıq 25 ildir ki, Apple-da çalışır. O, son olaraq aparat təminatının hazırlanması üzrə baş vitse-prezident vəzifəsini tuturdu. Ternus iPad və AirPods layihələrində iştirak edib, həmçinin iPhone, Mac kompüterləri və Apple Watch üzərində işləyib. Keçid dövründə (1 sentyabr 2026-cı ilədək) Kuk yeni rəhbərlə birlikdə işləyəcək. Daha sonra o, direktorlar şurasının icraçı sədri vəzifəsinə keçəcək. Bu isə o deməkdir ki, növbəti iPhone təqdimatı artıq Ternusun
rəhbərliyi altında baş tutacaq. Tim Kuk yeni rəhbər haqqında belə deyib: onun “mühəndis ağlı, yenilikçi ruhu və dürüst idarəetmə prinsipləri” var və o, Apple-ı gələcəyə aparacaq ən doğru seçimdir. Bununla belə, analitiklər qeyd edir ki, Ternus şirkəti çətin bir dövrdə qəbul edir. Rəqiblər süni intellekt sahəsində sürətlə irəliləyir, Apple isə Siri üçün AI inteqrasiyasında uğur qazana bilməyib və bu sahədə əsasən Google və OpenAI
kimi tərəfdaşlara güvənir. Öz növbəsində Con Ternus bildirib ki, qarşıdakı illərlə bağlı böyük ümidləri var və Apple-da “dünyanın ən istedadlı insanlarının” çalışdığını vurğulayıb. O, şirkətin yarım əsrlik dəyərlərinə sadiq qalacağını və bu məsuliyyətli vəzifəni şərəflə yerinə yetirəcəyini qeyd edib. Ternusun əvvəlki vəzifəsini isə mühəndis Jony Srouji icra edəcək. Artıq 30 aprel tarixində keçiriləcək maliyyə
konfransında Kuk və Ternusun birlikdə ilk ictimai çıxışı gözlənilir. The post Apple-da böyük dəyişiklik: Tim Kuk baş direktor vəzifəsini tərk edəcək appeared first on InfoCity.
Сообщает infocity.tech
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ Новости Недели
- Современный подход к выводу из запоя на дому: этапы медицинской помощи, особенности лечения в домашних условиях и комплексное восстановление физического и психологического состояния...
- Полное руководство по вызову нарколога на дом: как проходит медицинская помощь, детоксикация организма, стабилизация состояния и дальнейшее восстановление при зависимости...
- Как проходит профессиональный вывод из запоя на дому: безопасная медицинская помощь, детоксикация организма, психологическая поддержка и дальнейшее восстановление пациента...
- Комплексный медицинский подход к выводу из запоя в стационаре: этапы лечения, восстановление организма, психологическая поддержка и долгосрочная реабилитация...
- Полное руководство по сдаче тестов в университете имени С.Ю. Витте: как устроена система контроля знаний, особенности онлайн-экзаменов, подготовка студентов и современные образовательные технологии...
- Почему слухи про слив базы Семяныч неактуальны...
- Полное и подробное руководство по выбору смартфонов и мобильных телефонов: как разобраться в характеристиках, технологиях и функциях, чтобы найти идеальное устройство для работы, общения и развлечений...
- Полное руководство по выбору пленки для сада: современные материалы, защита растений, создание идеального микроклимата и повышение урожайности на вашем участке...
- Как выбрать идеальный мобильный телефон в современном мире: подробное руководство по характеристикам, технологиям, функциям и грамотному подбору смартфона под любые задачи и стиль жизни...
- Искусство выбора зеркал для современного интерьера: как создать стильное пространство, визуально расширить помещение и подчеркнуть индивидуальность дизайна с помощью отражающих поверхностей...
21:00, 23 Апр Samsung tarixində ən böyük etiraz baş verdi, 40 min işçi küçələrə çıxdı Samsung Electronics Cənubi Koreyada misli görünməmiş etirazla üzləşib. Seulun cənubundakı iri istehsal kompleksinin yaxınlığında on minlərlə əməkdaş ...